Öz sığortanı hesabla

Geri əlaqə

Sual vermək üçün öz adınızı və
telefon nömərnizi qeyd edin.
Biz mütləq Sizə cavab verəcəyik!

Anketi doldur

Baş səhifə / Media / 2015 / Amrah Sığorta şirkəti bazara yeni məhsullar təqdim edir.

Amrah Sığorta şirkəti bazara yeni məhsullar təqdim edir.

Fərdi müştərilər üçün hazırlanan yeni paket sığorta məhsullarının satışının startı may ayından həyata keçiriləcək.

Bu məhsullar sığortanın əmlak, avtonəqliyyat və fərdi qəza növlərini əhatə etməklə, insanların gündəlik həyatında baş verən əsas risklərə qarşı sığorta təminatı verir. Yeni qutu tipli məhsullar indiyədək olan klassik sığorta məhsullarından sadəliyi və rahatlığı ilə seçilir.

Məhsulların üstünlüyü - əhalinin bütün təbəqələrini nəzərə almaqla, olduqca sərfəli qiymət təklifinin və hər bir məhsul üzrə sığorta haqqlarının 3 variantda müştəri tərəfindən sərbəst seçim imkanının olmasıdır. Sığorta paketləri yüksək sığorta məbləğləri üzrə sabit təminatlar verərək, 10 dəqiqə ərzində yerində minimum sənəd təqdim etməklə hazırlanacaq. Sığorta hadisələri baş verdiyi halda isə sığorta ödənişləri konpensasiya şəklində, əlavə sənədlərin yığılmasına ehtiyac qalmadan həyata keçiriləcək. Məhsullar bazara Komfort, Ekonom Kasko və Fortuna adı ilə çıxarılacaqdır.

Azərbaycan Sığorta Bazarında 2003-cü ildə fəaliyyətə başlamış Amrah Sığorta ASC yarandığı gündən stabil və dinamik inkişaf yolunda uğurla irəliləyən sığorta şirkətidir. Amrah Sığorta şirkəti daim yeni sığorta məhsullarının hazırlanması, onların inkişafını və təşviqini, eyni zamanda öz müştərilərinə göstərilən xidmətlərin həcminin və keyfiyyətinin artırılmasını özünün prioritet məqsədi hesab edir.