Öz sığortanı hesabla

Geri əlaqə

Sual vermək üçün öz adınızı və
telefon nömərnizi qeyd edin.
Biz mütləq Sizə cavab verəcəyik!

Anketi doldur

Baş səhifə / Haqqımızda / Korporativ sosial məsuliyyət

Korporativ sosial məsuliyyət

Amrah Sığorta Korporativ Sosial Məsuliyyəti cəmiyyət qarşısındakı öhdəliyin yerinə yetirilməsinin mühüm şərtlərdən biri hesab edir.

Amrah Sığorta ASC-nin sosial mövqeyi – Azərbaycan şirkəti olaraq ölkənin məsuliyyətli vətəndaşı olmaqdır. Şirkətin aydın və düşünülmüş korporativ sosial məsuliyyət fəlsəfəsi vardır. Bizim şirkət Korporativ Sosial Məsuliyyətə fəaliyyətinin bir hissəsi kimi baxır.

Biz daşıdığımız korporativ vəzifə və məsuliyyəti dərk edirik və bunları gerçəkləşdirmək, deyilənlərə əməl etmək işinə sadiqik. Qarşımızda duran məqsəd çalışdığımız yerlərdə ətrafımıza son nəticə etibarı ilə müsbət təsir və dəyişikliklər gətirməkdən ibarətdir. Amrah Sığorta ASC-nin korporativ sosial məsuliyyəti müştərilər, əməkdaşlar, tərəfdaşlar, səhmdarlar və ümumilikdə cəmiyyət qarşısında Sığortanın daşıdığı vəzifələrin əksidir.

Korporativ Sosial Məsuliyyət çərçivəsində Amrah Sığorta ASC qayğıya ehtiyacı olan uşaq və qocalar evinə baş çəkmək planları üzrə fəaliyyətə başlamışdır.