Öz sığortanı hesabla

Geri əlaqə

Sual vermək üçün öz adınızı və
telefon nömərnizi qeyd edin.
Biz mütləq Sizə cavab verəcəyik!

Anketi doldur

Baş səhifə / Faydalı / Sığorta lüğəti

Sığorta lüğəti

AGENT (sığorta agenti) - Müvafiq lisenziyası olan və sığortaçıya siğorta müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs.

AKTUARİ - Sığorta müqavilələri ilə əlaqəli statistik maliyyə göstəriciləri əsasında iqtisadi-riyazi metodlarla sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayan riyaziyyatçı.

ANDERAYTİNQ - Sığorta müqaviləsinin bağlanması, sığorta tarifi və sığorta haqqı barədə qərarlar qəbul etmək üçün sığortalının səhhəti, maliyyə imkanları, sığortalanan əmlakın vəziyyəti və digər bu kimi amillərin – sığorta risklərinin qiymətləndirilməsi üzrə sığortaçının (onun mütəxəssisinin və ya nümayəndəsinin) istifadə etdiyi üsul və metodların, habelə hərəkətlərinin məcmusu.

ANNUİTET - Sığorta hadisəsi baş verdikdə sığortaçının sığorta olunan və ya faydalanan şəxsə sığorta müqaviləsində nəzərdə tutulmuş müvafiq dövriliklə ödəməli olduğu məbləğ.

AZADOLMA MƏBLƏĞİ (FRANŞİZA) - Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.

BƏDBƏXT HADİSƏ - Xarici amillərin təsiri nəticəsində faktiki baş verən, sığorta olunanın sağlamlığının pozulmasına, əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsinə və ya ölümünə səbəb olan qəfil, gözlənilməz hal.

BONUS-MALUS - Əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəşt-əlavələr sistemi.

BROKER (sığorta brokeri) - Sığorta brokeri – müvafiq lisenziyaya malik olan və sığorta (təkrarsığorta) müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün sığortalıya (təkrarsığortalıya) vasitəçilik xidməti göstərən şəxs.

ƏLAVƏ ÖDƏNİŞ - Şəxsi sığortaya aid sığorta müqavilələrində sığorta olunanın sağlamlığına zərər dəyməsi ilə əlaqədar onun müvafiq yardım növlərinə ehtiyacı olduğu və bu cür yardımları pulsuz almaq hüququna malik olmadığı halda müalicəsi, əlavə qidalanması, dərman vasitələrinin alınması, prоtezləşdirmə, kənar qulluqla təmin edilməsi, sanatоriya-kurоrt müalicəsi, xüsusi nəqliyyat vasitələrinin əldə edilməsi, başqa peşəyə hazırlığı ilə əlaqədar tələb olunan əlavə xərcləri, əmlak sığortasına aid müqavilələrdə isə sığortalının (sığorta olunanın) zərərin qarşısının alınması və ya azaldılması məqsədilə çəkdiyi əlavə xərclər.

ƏLİLLİK - Əmək qabiliyyətinin itirilməsinin qanunvericilikləəyyən olunmuş qaydada tanınması halı.

FAYDALANAN ŞƏXS - Sığorta hadisəsi baş verdikdə sığorta ödənişini almaq hüququ olan şəxs.

FƏRDİ QƏZA SIĞORTASI - Sığorta olunanın bədbəxt hadisə nəticəsində ölməsi, əmək qabiliyyətini itirməsi, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığına başqa cür xəsarət dəyməsi zamanı, sığorta müqaviləsindəəyyən edilən məbləğdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta.

GÖZLƏMƏ MÜDDƏ - Sığorta müqaviləsi ilə nəzərdə tutulmuş elə bir müddətdir ki, həmin müddətdə baş vermiş hadisəyə görə sığortaçı öhdəlik daşımır.

İCBARİ SIĞORTA - Dövlətin sosial siyasəti baxımından əhəmiyyətli hesab edilən sahələrdə insanlara dəyə biləcək maddi və fiziki zərərlərlə bağlı maliyyə risklərinin azaldılması məqsədiləəyyən risklərin sığorta etdirilməsinin qanunla tələb olunduğu, əsas qayda və şərtlərinin qanunvericilikləəyyən edildiyi sığorta.

İDDİA MÜDDƏ - Sığorta müqaviləsinə əsasən sığortaçının sığorta ödənişini həyata keçirmək vəzifəsinin yarandığı andan sığortalının həmin ödənişin həyata keçirilməsini tələb etmək hüququnun son tarixinədək olan müddət.

İKİLİ (çoxqat) SIĞORTA - Əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığorta müqavilələri bağlandığı andakı həqiqi dəyərindən, yənisığorta dəyərindən artıq məbləğdə sığortalanması. Bu zaman sığorta hadisəsinin baş verdiyi halda sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada öhdəlik daşıyır.

İNZİBATİ XƏRCLƏR - Zərərlərin tənzimlənməsinə çəkilən xərclər, əldəetmə xərcləri və investisiya xərcləri istisna olmaqla, sığorta əməliyyatlarının idarə olunmasına və istiqamətləndirilməsinə sərf olunan xərclər.

KÖNÜLLÜ SIĞORTA - Sığorta müqaviləsinin tərəflərinin iradə azadlığından asılı olaraq həyata keçirilən və əsas şərtlərinin sığorta müqaviləsindəəyyən edilməsini nəzərdə tutan sığorta.

QİSMƏN SIĞORTA - Əmlakın sığorta dəyərindən aşağı məbləğdə sığortalanması. Sığorta müqaviləsi sığorta məbləğinin sığorta dəyərindən aşağı olmasını nəzərdə tutursa, sığorta hadisəsi baş verdikdə sığortaçının ödədiyi sığorta ödənişinin məbləği də sığorta məbləğinin sığorta dəyərinə olan nisbətindəəyyən edilir.

QRUP HALINDA SIĞORTA - Bir sığorta müqaviləsi ilə iki və ya daha çox sığorta predmetinin sığortalanması.

LİSENZİYA - Qanunvericilikləəyyən edilmiş hallarda sığorta sektorunda peşəkar fəaliyyətin həyata keçirilməsinə rəsmi icazə verən səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənəd.

MƏSULİYYƏT SIĞORTASI - Sığorta olunanın hərəkət və ya hərəkətsizliyi nəticəsində digər şəxslərin sağlamlığına və ya əmlakına dəyən zərərə görə qanunla mülki məsuliyyət daşıdığı hallarda, zərəəkənin qanuni şəkildə tələb etdiyi zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutan sığorta.

RİSK (sığorta riski) - Baş verəcəyi təqdirdə sığorta obyekti ilə bağlı itkilərə səbəb ola bilən, ehtimalla gözlənilən hadisə və ya hal.

SIĞORTA HADİSƏ - Sığorta müqaviləsində nəzərdə tutulan, sığorta ödənişini həyata keçirmək vəzifəsi yaradan hal və ya hadisə.

SIĞORTA HAQQI - Sığorta təminatının əldə edilməsi üçün sığortalının sığorta müqaviləsində nəzərdə tutulan məbləğdə və qaydada sığortaçıya ödədiyi məbləğ.

SIĞORTA HAQQININ HİSSƏ-HİSSƏ ÖDƏNİLMƏ - Sığorta haqqının hissələrə bölünərək sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə iləəyyən edilmiş tarixlərdə ödənilməsi.

SIĞORTA HAQQININ QAYTARILMASI - Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta haqqının müvafiq hissəsinin sığortalıya qaytarılması.

SIĞORTA QAYDALARI - Sığortaçı, habelə sığortaçının üzvü olduğu və ya ona nəzarət edən qurum tərəfindən müəyyən sığorta növü üzrə hazırlanan, sığorta müqavilələrinin standart şərtlərini əks etdirən sənəd.

SIĞORTA MARAĞI - Sığorta təminatının mövcudluğu üçün əsas olan, sığortalının sığorta obyekti ilə bağlı qanunvericilik və ya müqavilə ilə tanınan və sığorta hadisəsinin baş verdiyi təqdirdə onun maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən marağı.

SIĞORTA MƏBLƏĞİ - Sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həmin müqavilədə razılaşdırılmış son həddi.

SIĞORTA MÜDDƏ - Qanunvericiliyə və ya sığorta müqaviləsinə uyğun olaraq, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən onun qüvvədən düşdüyü anadək olan müddət.

SIĞORTA MÜQAVİLƏSİ - Sığortaçının sığorta haqqı müqabilində sığortalıdan müəyyən riskləri qəbul etmək və ya belə riskləri onunla bölüşmək razılığının ifadə edildiyi yazılı razılaşma.

SIĞORTA NÖVÜ - Sığortaçı tərəfindən sığorta sinfi və ya sinifləri əsasında müəyyən sığorta qaydalarının hazırlanması yolu ilə müştərilərə təklif olunan sığorta məhsulu.

SIĞORTA OBYEKTİ - Sığortalının və ya sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi və ya onun həyatı, sağlamlığı, əmək qabiliyyəti və ya pensiya təminatı ilə bağlı maraqları.

SIĞORTA OLUNAN - Sığorta müqaviləsi üzrə sığorta təminatı verilən və ya maraqları sığorta müqaviləsi əsasında qorunan fiziki şəxs.

SIĞORTA ÖDƏNİŞİ - Sığorta olunanın sığorta hadisəsinin baş verməsindən əvvəlki maliyyə vəziyyətinə qaytarılması üçün sığortaçı tərəfindən sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq ona və (və ya) digər faydalanan şəxsə ödənilən maliyyə kompensasiyası.

SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNA - Sığortaçının qanunvericilikdə və qanunvericiliyə zidd olmaması şərtilə sığorta müqaviləsində nəzərdə tutulmuş əsaslarla sığorta ödənişini verməkdən imtina etməsi.

SIĞORTA PREDMETİ - Sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu, şəxsi sığorta üzrə fiziki şəxs; əmlakın sığortası üzrə hər hansı əmlak; mülki məsuliyyətin sığortası üzrə mülki məsuliyyətin yaranması halı.

SIĞORTA SİRRİ - Sığorta münasibətlərinin peşəkar iştirakçılarının sığorta əməliyyatlarının həyata keçirilməsi prosesində əldə etdikləri, sığorta müqaviləsinin təfərrüatlarına dair, habelə sığorta müqaviləsinin aid olduğu müəyyən şəxslərlə bağlı qanunla nəzərdə tutulan, yayılmasına qanunla müəyyən edilmiş qaydada məhdudiyyət qoyulan məlumatlar.

SIĞORTA ŞƏHADƏTNAMƏ - Sığorta müqaviləsində nəzərdə tutulmuş şərtlər əsasında sığorta təminatının mövcudluğu faktını təsdiq edən, sığorta olunana verilməsi üçün sığortaçının birtərəfli qaydada imzaladığı sənəd.

SIĞORTA TARİFİ - Sığorta haqqının hesablanması üçün sığorta predmetinin və sığorta riskinin xarakteri nəzərə alınmaqla sığorta məbləği vahidinə tətbiq edilən müvafiq dərəcə.

SIĞORTA TƏMİNATI - Müəyyən risklərə qarşı sığorta müqaviləsi ilə verilən maliyyə müdafiəsinin həcmi.

SIĞORTA VASİTƏÇİSİ - Sığorta və ya təkrarsığorta müqavilələrinin bağlanmasında, yenilənməsində və ya davam etdirilməsində həmin müqavilənin tərəflərindən birini təmsil etməklə müvafiq lisenziya əsasında ona vasitəçilik xidməti göstərən şəxs.

SIĞORTAÇI - Müəyyən yurisdiksiyada sığorta fəaliyyətini həyata keçirmək üçün qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətləndirilmiş, sığorta müqaviləsində nəzərdə tutulan hallarda və qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan hüquqi şəxs.

SIĞORTALI - Müəyyən sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan və müvafiq sığorta müqaviləsinin tərəfi olan fəaliyyət qabiliyyətli və hüquq qabiliyyətli şəxs.

SUBROQASİYA - Sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsi.

TAM MƏHV OLMA - Sığortalanmış əmlakın elə zədələnməsidir ki, köhnəlmə əmsalı nəzərə alınmaqla bərpa üçün tələb olunan xərclərin məbləği həmin əmlakın həqiqi dəyərindən artıq olur.

TƏKRARSIĞORTA - Sığortaçının sığortaladığı riskləri müqavilə əsasında tam və ya qismən digər sığortaçı (təkrarsığortaçı) ilə bölüşdürməsi və ya ona ötürməsi.

TİBBİ SIĞORTA - Xəstəlik və ya xəsarət nəticəsində zəruri olan tibbi müayinə, müalicə və bunlarla əlaqədar digər müvafiq xərclərə görə təminatı nəzərdə tutan sığorta.