Öz sığortanı hesabla

Geri əlaqə

Sual vermək üçün öz adınızı və
telefon nömərnizi qeyd edin.
Biz mütləq Sizə cavab verəcəyik!

Anketi doldur

Baş səhifə / Faydalı / Sığorta hadisəsi baş verdikdə

Sığorta hadisəsi baş verdikdə

Baş vermiş sığorta hadisəsi haqqında məlumat bildirmə forması

 

AVTONƏQLİYYAT SIĞORTASI

Sığorta hadisəsi baş verdikdə: 

  • Nə vaxt və harada olduğunuzdan asılı olmayaraq DƏRHAL aşağıda göstərilmiş növbətçi nömrələrlə bizə zəng edin. Telefonlar həftənin 7 günü 24 saat xidmətinizdədir.
  • Sığorta Şirkətinin əməkdaşı və səlahiyyətli dövlət orqanı ilə razılaşdırmadan sığortalı nəqliyyat vasitəsini hadisə yerindən götürməyin və hadisə yerini tərk etməyin.
  • Zəng edib hadisə haqqında səlahiyyətli dövlət orqanına məlumat verin.

Sığorta hadisəsinin tənzimlənməsi üçün aşağıda göstərilən sənədlər təqdim olunmalıdır:

  • Sığorta olunanın sığorta hadisəsi haqqında ərizəsi;
  • Sığorta müqaviləsinin (şəhadətnaməsinin) əsli;
  • Sığorta olunanın şəxsiyyətini təsdiq edən sənədlər, sığorta olunmuş nəqliyyat vasitəsini idarə edən şəxsin;
     sürücülük sənədləri, sığorta olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (texniki pasportunun) surəti;
  • Müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş sənədlər;
  • Zərərin məbləğini təsdiq edən sənədlər;
  • Mülki Məsuliyyət sığortası müqavilələri əsasında üçüncü şəxsə ödənişin həyata keçirildiyi hallarda üçüncü şəxsin sənədləri tələb olunur.

Zəruri hallarda əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər.

Qaynar xəttin nömrəsi: (+994 50) 270 38 80 

DİN: 102                            FHN: 112


 

ƏMLAK SIĞORTASI

Sığorta hadisəsi baş verdikdə: 

  • Sığorta hadisəsinin baş verməsi haqqında DƏRHAL aşağıda göstərilmiş növbətçi nömrələrlə bizə zəng edin. Telefonlar həftənin 7 günü 24 saat xidmətinizdədir. 

Sığorta ödənişi haqqında qərar qəbul etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 

  • Sığorta olunanın sığorta hadisəsi haqqında ərizəsi;
  • Sığorta müqaviləsinin (şəhadətnaməsinin) əsli;
  • Sığorta olunmuş əmlaka sahiblik hüququnu təsdiq edən sənədlər;
  • Müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş sənədlər;
  • Zərərin məbləğini təsdiq edən sənəd.

Zəruri hallarda əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər.

Qaynar xəttin nömrəsi: (+994 50) 270 38 80

DİN: 102                            FHN: 112


 

SƏFƏR SIĞORTASI

Sığorta hadisəsi baş verdikdə: 

  • Tibbi yardıma ehtiyacınınz olduğu təqdirdə, hər hansı bir tədbir görmədən DƏRHAL sığorta şəhadətnamənizdə göstərilmiş növbətçi nömrələrlə zəng edin. Telefonlar həftənin 7 günü 24 saat xidmətinizdədir. 
  • Sığortalanmış şəxsin özü, onun nümayəndəsi və ya həkimi şəhadətnamədə göstərilən Servis Mərkəzi "GVA" (Global Voyager Assistance) ilə əlaqə saxlamalıdır.
  • Azərbaycan Respublikasına qayıtdıqda “Amrah Sığorta” ASC-yə məlumat verin.

Sığorta ödənişi haqqında qərar qəbul etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Sığorta olunanın sığorta hadisəsi haqqında ərizəsi;
  • Şəxsiyyət vəsiqəsi;
  • Ümumvətəndaş pasportu (xarici pasport);
  • Sığorta müqaviləsinin (şəhadətnaməsinin) əsli;
  • Tibbi təşkilatlarda müalicə alma və qalmanı təsdiq edən sənədlər (rəsmi qaydada təsdiq olunmuş surətləri);
  • Bütün göstərilmiş xidmətlərin dəyərinin ayrı-ayrılıqda dəqiq göstərilməsi şərti ilə müalicə ilə bağlı tibbi və digər xərcləri təsdiq edən sənədlər (çeklər, ödəniş tapşırıqları, qəbzlərin əsilləri).

Zəruri hallarda əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər.

Qaynar xəttin nömrəsi:  (+994 50) 270 38 83

Servis Mərkəzi:    (+7 495) 775 09 99

 

 

FƏRDİ QƏZA SIĞORTASI

Sığorta hadisəsi baş verdikdə: 

  • Sığorta hadisəsinin baş verməsi haqqında DƏRHAL aşağıda göstərilmiş növbətçi nömrələrlə bizə zəng edin. Telefonlar həftənin 7 günü 24 saat xidmətinizdədir.
  • Zəng edib hadisə haqqında səlahiyyətli orqana məlumat verin. 

Sığorta ödənişi haqqında qərar qəbul etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 

  • Şəxsiyyət vəsiqəsi;
  • Sığorta müqaviləsinin əslini;
  • Sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən sənədlər (sığortalanmış vəfat etdiyi halda qeyd olunan sənədlər onun hüquqi vərəsəsi tərəfindən təqdim olunur);
  • Notariusda təsdiq edilmiş ölüm haqqında şəhadətnamənin sürəti; 
  • Əgər sığorta ödənişi vərəsələrə ödəniləcəksə, vərəsəlik haqqını təsdiq edən sənəd; 
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında – xəstəxanadan arayış; 
  • Cinayət işi qaldırıldığı halda – səlahiyyətli orqanların  qərarı.

Zəruri hallarda əlavə sənədlərin təqdim edilməsi tələb oluna bilər.

Qaynar xəttin nömrəsi: (+994 50) 270 38 80 

Təcili Tibbi Yardım: 103